Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 179 yoluxma halı qeydə alınıb.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 086 nəfərə çatıb.

Bildirilir ki, Qazaxıstanda yeni koronavirusa yoluxanlardan 105 493 nəfəri sağalıb, 1 796 nəfəri isə vəfat edib.