Ötən sutka ərzində Bakı şəhərinin Suraxanı və Nərimanov rayonları üzrə iki nəfər liftdə qalıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə iki müraciət daxil olub.

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən iki nəfərin liftdən çıxarılması təmin edilib.