Azərbaycan Mərkəzi Bankına (AMB) yeni səlahiyyət verilir.

Unikal.org-un məlumatına görə, bu, Milli Məclisin oktyabrın 27-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirə ediləcək "Tibbi sığorta haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.