“Yuventus”un futbolçusu Kriştiano Ronaldo növbəti dəfə koronavirus testindən keçib.

Unikal.org xəbər verir ki, portuqaliyalı hücumçunun testi müsbət nəticələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bundan əvvəl oktyabrın 13-də Ronaldonun koronavirus testi müsbət çıxmışdı.