İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə gəlib.

Gəncə şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, Corc Dik Ermənistan tərəfindən Gəncəyə atılan raketlər nəticəsində dağılan ərazilərə baş çəkib. O, mövcud vəziyyətlə yerində tanış olub, həmçinin erməni terroru nəticəsində ölən və yaralananların yaxınları ilə görüşüb.

Diplomat Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evləri dağılan şəxslərin müvəqqəti yerləşdirildikləri yataqxanada da olacaq.

Gəncədən sonra səfir Mingəçevirə səfər edəcək.

Səfirin Gəncə və Mingəçevirə səfər etməsinin məqsədi dinc əhaliyə qarşı törədilmiş raket zərbələrinin nəticələri ilə yaxından tanış olmaq, habelə zərərçəkənlərə humanitar yardım göstərməkdir.