"İnstagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb. Problem əsasən ABŞ, Rusiya, Meksika, Braziliya, Çili, Arqentina, İngiltərə, Fransa, Ukrayna, İtaliya, Xorvatiya, Hollandiya, Almaniya və digər ölkələrdəki istifadəçilər tərəfindən bildirilib. İstifadəçilərin 60%-i hekayələrə baxa bilmədiklərini qeyd ediblər. 21% istifadəçi İnstaqram lentinin yenilənmədiyini bildirib. 17%-i isə şəbəkəyə fotoları yerləşdirməkdə çətinlik çəkib.