ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F/A-18E qırıcısı Kaliforniya yaxınlığında qəzaya uğrayıb.

Unikal.org  xəbər verir ki, bu barədə Limur bazasından məlumat yayılıb.

“Pilot təhlükəsiz şəkildə katapult edə bilib. Hadisə yerinə tibbi heyət göndərilib”, - məlumatda bildirilib.

Qəzanın səbəbi barədə məlumat verilməyib.