"Vətən müharibəsi başlayandan sonra 20 gün ərzində Prezident İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri təxminən 321 min nəfər artıb!"

Unikal.org xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk hesabında yazıb.

O bildirib ki, hazırda Prezidenti tvitterdə 621 mindən çox mikrobloqçu izləyir:

"Bu, təxminən elə "tvitter"in Azərbaycan seqmentinin auditoriyasının göstəricisidir.

Belə görünür ki, Prezidentin məşhur tvitləri cəmiyyətimizə yeni bir ictimai platforma , tvitter Azərbaycan platforması bəxş edəcək".