"Kurtlar vadisi" serialında Polad Alemdar rolunu canlandıran Necati Şaşmazın yenidən ekranlara qayıdacağı iddia edilir. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Necati Şaşmaz "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının heyətinə qatılacaq. O yenə Polat Alemdar obrazı ilə seriala çəkiləcək.

İddialara edilir ki, yeni ssenariyə əsasən P.Alemdar dövlət tərəfindən gizli təyin edilmiş agentdir və xaricdə olduğu üçün sonradan hadisələrə daxil olur. Belə ki, o xaricdəki vəzifəsini başa vurduqdan sonra  Türkiyəyə qayıdır, ölkəsində isə KGT-nin (Kamu Güvenliyi Təşkilatı) rəhbərliyinə keçir.  

İddiaya görə, Polat Hızır Bəyi çəkiləcəyi yeni bölümlərdən birində təsadüfən görür və köhnə dostu Çakırı çox bənzədir. Bununla da Hızıbəy və Polad qarşılaşması baş tutur.