Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Unikal.org-un məlumatına görə, TBMM sədrini Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov müşayiət edib.

Daha sonra M. Şentop Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib.