Türkiyənin Qaziantəp şəhərində planlaşdırılan terror aktının qarşısı alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, vətəndaşlarKarşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər. Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına qoyulmuş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında partlayıcı aşkar ediblər. Əldə düzəldilən partlayıcı zərərsizləşdirilib.

Çantanı maşının altına qoymaqda şübhəli bilinən iki şəxs saxlanılıb.