“Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşu ilə qalan torpaqlardan çıxsın. Onsuz da biz onları ordan rədd edəcəyik. Onsuz da onların izi-tozu qalmayacaq. Onsuz da biz onları sonunadək qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Füzulini təslim etmək istəmirdi, halbuki bilirdi ki, onu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. İndi Cəbrayıl istiqamətində də dünən və sı

rağagün və bu gecə uğurlu əməliyyatlar keçirilib. Strateji yüksəkliklər götürülüb. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq”, - ölkə başçısı bildirib.