“Azərbaycanın Gəncə şəhəri yenidən Ermənistan tərəfindən raket atəşinə məruz qalıb”.

Unikal.org xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.

“Mülki vətəndaşlar arasında ciddi itkilərə səbəb olan bu vəhşi hücum Ermənistanın növbəti müharibə cinayətidir. İndiki vəzifəmiz bu qeyri-insani hərəkətə görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb edilməsindən nail olmaqdır!” – nazir bildirib.