İşğal altında olan peşə təhsili müəssisələrini açıqlanıb.

Bu barədə Unikal.org-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənilər tərəfindən həyata keçirilən separatist fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb. Müvəqqəti olaraq digər bölgələrə köçürülən peşə təhsili müəssisələri arasında Kəlbəcər Peşə Məktəbi, Laçın Peşə Məktəbi, Cəbrayıl Peşə Məktəbi və Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yer almaqdadır. Qubadlı Peşə Məktəbi, Zəngilan Peşə Məktəbi, Şuşa Peşə Məktəbi, 1, 3 və 5 nömrəli Ağdam Peşə Məktəblərinin fəaliyyəti isə dayandırılıb.

Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl şəhərində Cəbrayıl Peşə Məktəbi fəaliyyət göstərib, sözügedən şəhər 4 oktyabr 2020-ci il tarixindən etibarən Ordumuz tərəfindən azad edilib.