Yaponiyada Kobedəki gəmiqayırma zavodu Taigei (Böyük Balina) son nəsil sualtı qayığının açılış mərasimini təqdim edib.

Unikal.org “Japan Times”a istinadla xəbər verir ki, hərbi dizel-elektrik sualtı qayığını “Mitsubishi Heavy Industries Ltd.” korporasiyası inşa edib. Submarinanın 2022-ci ilin mart ayında istifadəyə veriləcəyi bildirilir.

Qayığın  suyun sirkulyasiyasının həcmi  3 min ton, uzunluğu - 84 m, eni - 9,1 m, heyəti- 70 nəfər, silahlanması - Harpun tipli raketlərə müvafiq altı torpedo kompleksi, suyun altında sürəti - 37 km/saata qədər təşkil edir.

Sualtı qayığın əsas xüsusiyyətləri az səsli olmağı və yeni litium-ion batareyalarıdır.