Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə “Rusiya Dağlıq Qarabağa öz sülhməramlı heyətini göndərməyə hazırdımı?” sualına cavab verərkən bildirib.

“Burada əsas məsələ müharibə edən tərəflərin, yəni Azərbaycan və Ermənistanın buna hazır olub-olmamasıdır. İstənilən sülhməramlı qüvvənin, müşahidəçilərin – kim olur-olsun - yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür. Hələ ki biz sizinlə bunun cavabını almamışıq”, - deyə Peskov qeyd edib.