Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətinə atdığı “Toçka-U” tipli operativ taktiki raketin görüntüləri yayılıb.

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın Hərbi Hava Qüvvələri həmin raketi göydə zərərsizləşdiriblər. 

Görüntülərdən aydın olur ki, Hərbi Hava Qüvvələri raketin döyüş başlığını zərərsizlədiriblər və qalan hissəsi yaşayış məntəqəsinin bir neçə yüz metrliyində yerə düşüb.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri yenə də Azərbaycanın yaşayış məntəqələrini hədəf seçib. Raketin düşdüyü yerdə Azərbaycana məxsus hərbi obyekt, texnika, o cümlədən, şəxsi heyət yoxdur. 

Ətrafdakı yaşayış məntəqələrinin təhlükəsizliyi baxımından videonu panoram şəkilində təqdim etmirik.