Türkiyədə FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.

Unikal.org xəbər verir ki, ölkənin 15 vilayətində keçirilən əməliyyatlar zamanı terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 44 hərbçi saxlanılıb.

Digər şübhəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.