Çeçenistan Respublikasının paytaxtı Qroznıda naməlum silahlılarla polis və Rusiya qvardiyasının əməkdaşları arasındakı atışmada 5 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə yerli hüquq–mühafizə orqanlarından TASS-a bildirilib.

İlkin məlumata görə, atışma nəticəsində ölənlərdən 2-si naməlum silahlı, 2-si qvardiyaçı və 1-i polis əməkdaşıdır.

Atışmanın davam etdiyi bildirilir.