Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərkətdə olan “KamAZ” markalı yük maşını aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.