Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa 14 542 nəfər yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 530 113 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 76 nəfər ölüb, ölənlərin ümumi sayı 42 445 nəfər təşkil edir.