Qırğızıstan prezidentinin qardaşı, ölkə parlamentinin deputatı Asılbek Jeenbekov Oş sakinləri ilə görüşü zamanı döyülüb.

Unikal.org xəbər verir ki, müvafiq kadrlar artıq sosial şəbəkələrdə yerləşdirilib.

Asılbek Jeenbekov 4 oktyabrda Qırğızıstanda keçirilən parlament seçkilərində 24,5% səs toplayaraq namizədlərin siyahısında birinci pilləni qazanan “Birimdik” (Birlik) partiyasını təmsil edir.