Qarabağ müharibəsi iştirakçıları, qazilər də ordumuza dəstəyini nümayiş etdirir. Qarabağ Qazisi baş çavuş Kənan Babayev hazırda gedən döyüşlərə qatılmağa hazır olduğunu deyir.

Kənan Babayev Unikal.org-a bildirib ki, 1991-ci ildən ordu sıralarına yazılıb, döyüşə məhz, doğulduğu Cəbrayıl rayonunda qatılıb:

"Ordu sıralarına müharibə başlayan vaxtdan qoşulmuşam. Cəbrayıl polkunda 1994-cü ilə kimi Cəbrayıl və Füzuli rayonu istiqamətlərində gedən bütün döyüşlərdə olmuşam.

1994-1996-cı illərdə Tərtər, Ağdərə və Goranboy istiqamətində olan döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə yaralanmışam. 1996-cı ildə isə ordu sıralarından təxris olunmuşam.

Buna baxmayaraq, günü bu gün də bir əsgər kimi yenidən ordu sıralarına qayıdıb, missiyamı davam etdirməyə, Vətən savaşına hazıram.

Hər bir azərbaycanlının bir məqsədi var, işğal olunmuş torpaqları geri almaq.

"Qarabağ bizimdir", "Qarabağ Azərbaycandır!".

FOTOLAR: Müzəffər İsmayılov