Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar tərəfindən ələ keçirilən və dövlət administrasiyasının da yerləşdiyi parlament binasında yanğın törədilib.

Unikal.org xəbər verir ki, bu barədə hadisə yerində olan “TASS” məlumat yayıb. 

Məlumata görə, yanğın binanın dördüncü mərtəbəsindəki ofislərdən birində qeydə alınıb. Binanın bu mərtəbəsində qanunvericilik orqanı işçilərinin otaqları yerləşir.

Qeyd edək ki, bundan bir qədər əvvəl etirazçılar respublikanın ali qanunverici orqanının binasını talan ediblər.

 

 
 
2 / 7