“Ermənsitan işğal etdiyi ərazilərdə Azərbaycanın sərvətlərini talamaqla məşğuldur”.

Unikal.org xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1994-cü ildən bu günə qədər təcavüz davam edir:

“Həmin ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olurlar. Bununla bağlı da 600 şirkət barəsində 12 şəxs axtarışa verilib”.