Fransa Prezidenti Emmanuel Makron ölkədə geniş müzakirə olunan “Separatçılara qarşı mübarizə” adlı layihəsini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xəbər verir ki, layihədə müsəlmanlara çox sayda qadağa qoyan Makron dövlət şirkətlərində hicabı qadağan edəcək.

Layihə ilə dünyəviliyi gücləndirməyi hədəfləyən Fransa başçısı dekabr ayında layihəsini millət vəkillərinə təqdim edəcək. Makron “Ölkəmizdə İslamın respublikanın ortağı olaraq qurulmasına kömək etməliyik” desə də, açıqladığı planda bir çox yenidənqurma və qadağalara yer verib.

Bildirilib ki, Fransada dövlət işində qadağan olunan dini simvollar bəzi özəl şirkətlərə də şamil ediləcək.

Dövlət xeyrinə fəaliyyət göstərən özəl şirkətlərdə çalışan işçilərin heç biri dini simvol daşımayacaq və hicab qadağan ediləcək.