ABŞ prezidenti Donald Trampın məsləhətçisi Xoup Xiksə COVID-19 diaqnozu qoyulub.

Unikal.org  xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata görə, ABŞ liderinin ən yaxın köməkçilərindən olan Xiks çərşənbə axşamı Klivlendə müzakirələrə səfər zamanı, habelə Minnesota ştatında mitinqdə onu müşayiət edib. Ancaq mənbələr qeyd edib ki, Ağ Ev başçısının koronavirusa yoluxub-yoluxmaması ilə bağlı hər hansı xəbər yoxdur.