Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, 800 m² sahədə qamışlıq yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.