Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, düşmən mərmilərindən biri şəhərin Heydər Əliyev prospektində yerləşən Avtovağzalın qarşısına düşüb.

Nəticədə bir mülki vətəndaşımız həlak olub. Hazırda düşmənin atəşi davam edir.