“Ermənistanın qarşısında daha 90-cı illərin Azərbaycanı yoxdur. Azərbaycan iqtisadi baxımdan da, hərbi baxımdan da hazırda qüdrətli bir ölkədir”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.

O, Dağlıq Qarabağı işğaldan azad etmək üçün Azərbaycanın xüsusi bir dəstəyə ehtiyacı olmadığını qeyd edib.