Türkiyədə son sutka ərzində koronavirusdan 65 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri  nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 112 098 şübhəli koronavirus testindən keçib, onlardan 1391-nin cavabı pozitiv çıxıb, 1245 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1516 nəfər olub.  

Türkiyədə ümumilikdə 318 663 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 279 749 nəfər sağalıb, 8195 nəfər ölüb.

Nazir bildirib ki, bu il COVID-19-a yoluxanlar arasında ölüm hallarının qarşısını tamamilə almaq mümkün olmayacaq.