La Liqa klubunun 2021-ci ildə ilk işi PSJ-li Kilian Mbappeni transfer etməkdir.

Unikal.org xəbər verir ki, fransız oyunçu transfer üçün artıq "Real Madrid"ə "yaşıl işıq" göstərib.  Belə ki, Kral klubu 2019-cu ildə transfer etdiyi Luka Yoviçin yerinə Mbappeni gətirmək istəyir. 

Zinədin Zidan bildirib ki, Mbappe gələnə qədər Yoviç onların 9 nömrəli futbolçusu qalacaq.