Ermənistan Müdafiə Nazirliyi yeni itkilərin olduğunu açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə işğalçı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan brifinqdə bildirib. 

“Çoxsaylı itkilərimiz var. Məlumat veriləcək”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi düşmən qruplaşmasının mühasirəyə alındığı barədə məlumat yayıb: "Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilir"