Amerikanın "Walt Disney" şirkəti pandemiya fonunda yaranan iqtisadi problemlərə görə bir sıra parklarının uzun müddətə bağlanması səbəbindən 28 min işçisini ixtisara salacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya başlamazdan əvvəl "Disney" parklarında 100 mindən çox işçi çalışıb.

"Bu addım ürəkaçan olmasa da, COVID-19-un işimizə uzunmüddətli təsiri baxımından qəbul edə biləcəyimiz yeganə seçimdir", - şirkətdən bildirilib.