Türkiyə Ermənistana məxsus Su-25 təyyarəsinin vurulması ilə bağlı iddiaları yalanlayıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun açıqlama yayıb.

Onun sözlərinə görə, Türkiyə F-16-nın erməni təyyarəsini vurması iddiası doğru deyil.