Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, məlumatı “aHaber” yayıb.

Şeyx Sabah əl-Ahmed əl-Cabir əs-Sabah 1929-cu il iyunun 16-da Küveytdə anadan olub. 2006-cı il yanvarın 29-da Küveyt parlamenti tərəfindən əmir vəzifəsinə təsdiqlənib. O, Şeyx Əhməd əl-Cabir əl-Sabahın dördüncü oğlu və Əl-Sabah ailəsinin başçısı idi.