Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.

Unikal.org xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Məlumata görə, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını  istəyib. PFL-in prezidenti Ramin Musayev AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq oyunun təxirə salınması barədə əmr imzalayıb. Oyunun tarixi ilə bağlı yaxın günlərdə məlumat veriləcək.