Lənkəran sakinindən odlu silah götürülüb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Ələsgərovdan “Revol-B-1” markalı naqan tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.