Bakıda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsininn 19-cu Polis Şöbəsinə sentyabrın 28-də saat 5 radələrində Bakı şəhər sakini Emrah Mustafazadənin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılaraq istintaqa təhvil verilib. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.