İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.

Unikal.org xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. İlk olaraq "Aston Villa" səfərdə "Fulhem"ə 3:0 hesabı ilə qalib gəlib. Turun son qarşılaşmasında "Liverpul" "Arsenal"ı qəbul edib. Görüş Yurgen Kloppun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

3 turdan sonra "Lester", "Liverpul", "Everton" hərəyə 9 xalla 1-3-cü pillələri bölüşdürür.