Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ermənistan seqmentində məlumat paylaşılıb.
Bildirilir ki, onunla birlikdə Ermənistan ordusunun daha iki yüksək rütbəli zabiti ölüb. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.