Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Millətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən birgə bəyanat imzalayıblar.

Unikal.org xəbər verir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları pislənilib, haqsız işğalın sonlandırılması üçün BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinə müvafiq olaraq sülh həllinə dəstək ifadə olunub.

Müxalifətdə olan Xalqların Demokrat Partiyası bəyanatı imzalamayıb.