Lazım olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan rəhbərliyi ilə telefonla danışacaq.

Unikal.org xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü hərbi əməliyyatlar başlayandan Xarici İşlər naziri Sergey Lavrovun həmkarları ilə daim təmasda olduğuna diqqəti çəkib.