Səudiyyə Ərəbistanı Türkiyənin bütün mallarına embarqo elan edib.

Unikal.org xəbər verir ki, bu barədə  Türkiyənin “Cumhuriyet” qəzeti yazır.

Bildirilir ki, Ər-Riyad yerli sahibkarlara Ankara ilə ticarət aparmamaqları üçün təzyiq edir. Səudiyyə Ərəbistanı sərəncama əməl etməyən bütün şirkətləri cərimə etməyə vəd verib. Həmçinin, ərəb ölkəsinin hökumətinin əhalini Türkiyəyə səfərdən çəkinməyə səslədiyi vurğulanır.

“Miliotarist” “Telegram” – kanalı qeyd edir ki, Ər-Riyadın bu tədbirləri Ankaranın Dağlıq Qarabağdakı fəaliyyətinə cavabdır.