Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib.

Unikal.org xəbər verir ki, bu barədə hökumət rəsmisi özünün “Twitter”dəki səhifəsində yazıb.

“Ermənistan Azərbaycana xaincəsinə hücum etdi. Güclü bombardman nəticəsində çoxlu sayda mülki şəxs yaralanıb və itkin düşüb. Biz dövlətin ləyaqətinə və insanlıq dəyərlərinə uyğun olmayan bir hücumu qınayırıq. Biz qanuni cavab vermək üçün addımlar atan qardaş Azərbaycanın yanındayıq”, - nazir qeyd edib.