ABŞ hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə müşahidə edir və baş verənlərin qarşısını alıb-ala bilməyəcəyini nəzərdən keçirir.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.   

"Biz bunu çox diqqətlə izləyirik. Bu (hərbi əməliyyatlar - red), yenicə baş verdi, mənə bu barədə məlumdur. Bizim bu regionda çox yaxşı əlaqələrimiz var. Görək bunu dayandıra bilərikmi", - Vaşinqton administrasiyasının başçısı deyib.