Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Araik Arutyunyan itkilərini etiraf etməyə başlayıb.

Unikal.org-un  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, A.Arutyunyan bu barədə brifinqdə deyib.

“Onlarla əsgər öldü, onlarla yaralı var”, - deyə A.Arutyunyan bildirib.

O, ermənilərin itkiləri ilə yanaşı Azərbaycanın bəzi ərazilərini işğaldan azad etdiyini də qeyd edib.

 "Əsasən Talış kəndi və Dağlıq Qarabağın cənub istiqamətində itirilmiş mövqelər var", - deyə Arutyunyan qeyd edib.