İstanbulun “Taksim” meydanında Azərbaycana dəstək aksiyası keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, meydanda Ermənistanın təxribatlarına qarşı etiraz etmək üçün təxminən 50 nəfərlik qrup əllərində Türkiyə və Azərbaycan bayraqları ilə şüarlar səsləndiriblər.