ABŞ Prezidenti Donald Tramp İraqın keçmiş lideri Səddam Hüseyndən də pisdir.

Unikal.org xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndi Əli Rabiə deyib. Onun sözlərinə görə, Tramp iranlıların sağlığını və həyatını təhdid altında qoyur:

“Əgər Səddam Xuzestan və Xürrəmşəhri işğal etmək istəyirdisə, bu gün Tramp İran cəmiyyətinin milli identikliyini məğlub etməyi qarşısına hədəf qoyub. Səddam şəhərlərimizi və kəndlərimizi məhv etməklə təhdid edirdisə, Tramp rejimi bu gün İranın mədəni və sivilizasiya mərkəzlərini təhdid edir”.