Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.İki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Səfərova Leyla Habasət qızı müxtəlif bədən xəsarətləri alıb.Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.